6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ursula fon der Lyayen hətta Avropa Komissiyasının baş direktorlarından da səlahiyyətlər alır - "Politico"

24-iyun-2026
Ursula fon der Lyayen hətta Avropa Komissiyasının baş direktorlarından da səlahiyyətlər alır - "Politico"
Yazı Ölçüsü:

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen hakimiyyəti öz əlində cəmləşdirərək, hətta Avropa Komissiyasının sahəvi baş direktorlarından da səlahiyyətlər alır.

"PostMedia" xəbər verir ki, bu barədə "Politico" avropalı rəsmilərə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, faktiki olaraq fon der Lyayenin aparatını təşkil edən Avropa Komissiyasının Baş Katibliyi yüksək vəzifəli məmur üçün doqquz yeni ştat vahidi ilə gücləndiriləcək. Nəşr vurğulayır ki, Baş Katibliyin mövqelərinin gücləndirilməsi 2028–2034-cü illəri əhatə edən yeddiillik büdcə planının hazırlanması çərçivəsində həyata keçirilir, çünki büdcənin həcmi 1,8 trilyon avronu ötür.

Avropa Komissiyasının layihəsinə əsasən, əvvəllər kənd təsərrüfatı siyasəti və regional inkişaf ehtiyaclarına ayrılan Aİ fondlarının əhəmiyyətli hissəsi hərbi sənayenin dəstəklənməsinə yönəldiləcək. Bundan əlavə, Avropa Komissiyası üzv ölkələrdən Avropa İttifaqının ümumi büdcəsini genişləndirməyi tələb edir.

Nəşr davam edir ki, bu dəyişikliklər Avropa Komissiyasının Baş Katibliyinə Aİ büdcə xərclərinə nəzarət etmək üçün daha geniş imkanlar verəcək. Bildirilir ki, fon der Lyayen artıq regional inkişaf üzrə baş direktorluğun bir sıra funksiyalarını öz aparatına verməyi planlaşdırır. Bundan başqa, Politico-nun mənbələrinin məlumatına görə, o, COVID-19 pandemiyasının nəticələrinin aradan qaldırılması üçün Aİ fondlarının vəsaitlərinin bölüşdürülməsi ilə məşğul olan Baş Katiblik bölməsinin gücləndirilməsi ilə bağlı layihə hazırlayıb. Bu strukturun da hərbi sahənin dəstəklənməsinə yönəldilərək yenidən profilləşdirilməsi nəzərdə tutulur. Qəzet vurğulayır ki, bütün bunlar Avropa Komissiyası prezidentinin hakimiyyətinin daha da güclənməsinə gətirib çıxaracaq.

Avropa Komissiyası Macarıstan nümunəsində göstərib ki, Aİ fondlarından siyasi məqsədlər üçün necə istifadə etmək olar. Baş nazir Viktor Orbanın hakimiyyəti dövründə qurum həmin ölkəyə müxtəlif istiqamətlər üzrə ayrılmalı olan 16 milyard avrodan çox Avropa maliyyəsini dondurmuşdu, lakin bu vəsaitlər onu əvəz edən Peter Macar ilə aparılan danışıqlardan sonra dərhal yenidən açılıb. Bundan dərhal sonra Macar Ukraynaya 90 milyard avro maliyyə ayrılması qərarını, Rusiyaya qarşı sanksiyaların 20-ci paketini və Moldova ilə Ukraynanın Aİ-yə üzvlüklə bağlı danışıqlara başlaması addımını dəstəkləməyə razılıq verib.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930