6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ərdoğan Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Trampla ikitərəfli danışıqları mümkün hesab edib

24-iyun-2026, 18:15
Ərdoğan Ankarada keçiriləcək NATO sammiti çərçivəsində Trampla ikitərəfli danışıqları mümkün hesab edib
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, ABŞ Prezidenti Donald Trampla ikitərəfli danışıqların keçirilməsi "böyük ehtimalla" baş tutacaq. Görüş gələn ay NATO sammitində iştirak etmək məqsədilə Trampın Ankaraya səfəri zamanı keçirilə bilər.

"PostMedia" xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

"Reuter"s agentliyi vurğulayır ki, görüş NATO daxilində yükün bölüşdürülməsi, müdafiə xərclərinin artırılması və ABŞ-İran qarşıdurması fonunda Hörmüz boğazının açıq saxlanılması ilə bağlı proseslərdə müttəfiqlərin iştirakına dair mövcud fikir ayrılıqları şəraitində keçiriləcək.

Parlamentdə jurnalistlərin NATO sammiti çərçivəsində Trampla ayrıca görüşün planlaşdırılıb-planlaşdırılmadığı barədə sualına Ərdoğan "Bu, böyük ehtimalla baş tutacaq" cavabını verib, lakin əlavə təfərrüat açıqlamayıb.

Türkiyə rəsmilərinin sözlərinə görə, sammitin gündəliyinə müdafiə xərcləri və təhlükəsizlik arxitekturasının transformasiyası ilə bağlı əsas məsələlər daxil ediləcək. Türkiyə Prezident Administrasiyasının ictimaiyyətlə əlaqələr üzrə direktoru Burhanettin Duranın bildirdiyinə görə, Ankara 2030-cu ilə qədər müdafiə xərclərinin səviyyəsini ÜDM-in 3,5 faizinə çatdırmağı, əlavə 1,5 faizi isə əlaqəli müdafiə ehtiyaclarına yönəltməyi planlaşdırır.

Sammitdə həmçinin İstanbul Əməkdaşlıq Təşəbbüsünün və Hind-Sakit okean regionu ölkələrinin – Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın nümayəndələrinin xarici işlər nazirləri səviyyəsində iştirakı gözlənilir.

Türkiyə NATO sammitinə iyulun 7-8-də ev sahibliyi edəcək. Tədbirdə alyansa üzv 32 ölkənin liderləri, eləcə də Körfəz və Asiya-Sakit okean regionu ölkələrindən tərəfdaş dövlətlərin nümayəndələri iştirak edəcəklər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031