6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İsrail Livanla ölkənin cənubuna nəzarətin təhvil verilməsini müzakirə edir - "Reuters"

24-iyun-2026, 16:22
İsrail Livanla ölkənin cənubuna nəzarətin təhvil verilməsini müzakirə edir - "Reuters"
Yazı Ölçüsü:

Livan və İsrail nümayəndələri Vaşinqtonda davam edən danışıqlarda İsrail qoşunlarının şiə "Hizbullah" təşkilatına qarşı münaqişə zamanı işğal etdiyi Livanın cənub ərazilərinin bir hissəsinin Livan ordusunun nəzarətinə verilməsi məsələsini müzakirə edirlər.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi Livan və İsrail mənbələrinə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətləri bildiriblər ki, ABŞ tərəfindən dəstəklənən bu plana əsasən, Livan hərbçiləri əvvəlcə Amerika tərəfindən təşkil edilən təlim və yoxlamadan keçməlidirlər. Bununla Vaşinqton həmin hərbçilərin "Hizbullah" ilə əlaqələrinin olmadığına əminliyini təmin etmək istəyir. İsrail isə öz növbəsində Livanla sərhəddə yerləşən bufer zonada hərbi mövcudluğunu saxlamalıdır.

İyunun 23-də Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə Livan-İsrail danışıqlarının beşinci mərhələsi başlayıb. "Asharq al-Awsat" qəzetinin məlumatına görə, diplomat Simon Karamın rəhbərlik etdiyi Livan nümayəndə heyəti cənub bölgələrindən İsrail qoşunlarının çıxarılması üçün vaxt cədvəlinin müzakirə edilməsində israr edir. Bunun müqabilində Livan Litani çayının cənubundakı ərazini "silahsız təhlükəsizlik zonasına" çevirməyi öhdəsinə götürür.

Al Hadath telekanalının məlumatına görə, İsrail nümayəndə heyəti qoşunların çıxarılmasına başlamağa hazır olduğunu bildirib, lakin bir şərtlə: Livan ordusu Nəbatiyyə yaxınlığındakı Əli ət-Tahir dağlıq ərazisini təmizləməlidir, çünki "Hizbullah" burada yeraltı tunellər şəbəkəsi yaradıb.

İsrail qüvvələrinin mərhələli şəkildə çıxarılmasına gəldikdə isə, bu proses Litani çayının şimal sahilindən (Nəbatiyyə və Kfar-Tibnitdən), eləcə də Cənubi Livanın qərb hissəsindən başlaya bilər.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31