İsveçrədə keçirilən İran və ABŞ danışıqları irəliləyişə nail olunmasına imkan verib və bu, optimizm yaradıb.
"PostMedia" xəbər verir ki, bu barədə vasitəçilik edən Pakistan və Qətər nümayəndələri bildirib.
“İrəliləyiş əldə olunub və bu, ümidvericidir”, – deyə onların bazar ertəsi gecə yayılan birgə bəyanatında qeyd olunub.
Sənəddə görüşün atmosferinin “müsbət və konstruktiv” olduğu vurğulanır.
Tərəflər həmçinin Livanda gərgin vəziyyətlərin qarşısını almaq üçün bir qrup yaradılması barədə razılığa gəliblər.
“Konfliktlərin qarşısının alınması üzrə qrupun yaradılmasına dair razılıq əldə edilib. Onun tərkibinə ABŞ, İran və Livan daxil olacaq. Vasitəçilər işə dəstək verəcək”, – deyə bəyanatda bildirilib.
Qrupun məqsədi İsrail və “Hizbullah” arasında hərbi əməliyyatların dayandırılmasını təmin etmək olacaq.
“Bütün məsələlər üzrə texniki danışıqlar həftənin sonuna qədər Bürgenştok kurortunda davam etdiriləcək”, – sənəddə qeyd olunub.
Vasitəçilər bildiriblər ki, ABŞ və İran arasında yekun razılaşmanın əldə olunması üçün danışıqların konstruktiv mühitdə davam etməsi istiqamətində mümkün olan hər şeyi etməyə davam edəcəklər.
İranın xarici işlər naziri Abbas Araqçi X sosial şəbəkəsində bildirib ki, Pakistan və Qətərin vasitəçilik səyləri Livanda müharibənin dayandırılması istiqamətində əhəmiyyətli irəliləyiş yaradıb.