6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Tramp İsrail seçkilərində Netanyahuya mümkün dəstəklə bağlı açıqlama verib

18-iyun-2026, 21:19
Tramp İsrail seçkilərində Netanyahuya mümkün dəstəklə bağlı açıqlama verib
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahunu yaxınlaşan seçkilərdə “çox ehtimal ki” dəstəkləyəcək, lakin mövqeyi namizədlərin tərkibindən asılı olacaq.

"PostMedia" xəbər verir ki, bunu o, İsrailin "Kan News" telekanalına verdiyi müsahibədə bildirib.

Eyni zamanda Tramp qeyd edib ki, Netanyahuyla yaxşı münasibətləri var, lakin onun “daha rasional davranmalı olduğunu” düşünür və şəxsi görüşə açıq olduğunu bildirib.

Bu açıqlamaların fonunda "The Wall Street Journal" iki lider arasında əlaqələrə dair yeni detalları yayıb və iddia edib ki, ABŞ–İsrail münasibətləri əvvəlki dövrlə müqayisədə daha az dostcasına xarakter alıb. Buna səbəb kimi ABŞ–İran qarşılıqlı anlaşma memorandumunun imzalanmasından sonrakı proseslər göstərilir.

Nəşrin mənbələrinə görə, telefon danışığı zamanı Tramp İsrailin Livandakı əməliyyatlarını sərt tənqid edib və “Niyə binaları partladırsınız? Binaları partlatmağı dayandırın” deyə bildirib. O, həmçinin qlobal iqtisadiyyata münaqişənin təsirini 1930-cu illərin Böyük Depressiyası ilə müqayisə edib.

Məlumata görə, İranın nüvə proqramı ilə bağlı müzakirələr zamanı tərəflər sərt mövqelər də sərgiləyiblər. Netanyahunun İranla bağlı razılaşmalara etibar etmədiyi və onların icrasının nəzarət mexanizmlərini şübhə altına aldığı bildirilir. Tramp isə öz növbəsində təmkin və diplomatik yanaşmanın vacibliyini vurğulayıb.

The Wall Street Journal həmçinin mənbələrə istinadən yazır ki, Tramp müşavirləri ilə söhbətlərində Netanyahuyla əməkdaşlığın çətinliyini qeyd edib və onun tez-tez daha sərt hərbi addımların tərəfdarı olduğunu bildirib.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31