6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Pakistanın Baş naziri İran və ABŞ arasında memorandumun vasitəçi qismində imzalanmasında iştirak edib

18-iyun-2026, 20:26
Pakistanın Baş naziri İran və ABŞ arasında memorandumun vasitəçi qismində imzalanmasında iştirak edib
Yazı Ölçüsü:

Pakistanın Baş naziri Şahbaz Şərif İran və ABŞ arasında imzalanmış qarşılıqlı anlaşma memorandumunu vasitəçi qismində imzalayıb.

"PostMedia" xəbər verir ki, bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb.

Onun mətbuat katibinin AFP-yə verdiyi məlumata görə, Şərif memorandumun imzalanma mərasiminin keçirilməli olduğu İsveçrəyə səfərini təxirə salıb.

Hökumət nümayəndəsi Müşərrəf Zeydi bildirib ki, bu qərar memorandumun artıq elektron formatda imzalanması, qüvvəyə minməsi və icra mərhələsinə keçməsi ilə əlaqədardır.

O qeyd edib ki, Pakistan razılaşmanın növbəti mərhələlərində də iştirakını davam etdirəcək. Buraya hazırda tərəflər tərəfindən işlənib hazırlanan bir sıra texniki istiqamətlər də daxildir.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31