İranın Xarici İşlər Nazirliyi Hörmüz boğazının bağlanması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib və həmin ərazidə gəmiçilik fəaliyyətinin normal şəkildə davam etdiyini açıqlayıb.
"PostMedia" xəbər verir ki, qurumun nümayəndəsi İsmayıl Bəqayi bəzi media orqanlarının yaydığı xəbərləri “əsassız” adlandırıb. O vurğulayıb ki, İran Silahlı Qüvvələri ABŞ ilə əldə olunan anlaşma çərçivəsində ticarət gəmilərinin təhlükəsiz keçidini təmin etmək üçün tədbirlər görüb.
Daha əvvəl Vaşinqton və Tehran arasında imzalanan və hərbi əməliyyatların dayandırılmasını, eləcə də regionda vəziyyətin sabitləşdirilməsini nəzərdə tutan anlaşma haqqında məlumat verilmişdi. Bu razılaşmaya dəniz nəqliyyatı məsələləri də daxil edilib.