6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Macarıstan Prezidenti Orbanın yenidən Baş nazir olmasını qadağan edən qanunu imzalayıb

19-iyun-2026
Macarıstan Prezidenti Orbanın yenidən Baş nazir olmasını qadağan edən qanunu imzalayıb
Yazı Ölçüsü:

Macarıstan Prezidenti Tamas Sulyok Konstitusiyaya edilən 16-cı düzəlişi imzalayıb.

"PostMedia" xəbər veri ki, dəyişikliyə əsasən, Baş nazir vəzifəsində qalmaq müddəti iki dördillik dövrlə məhdudlaşdırılır. Qanun geriyə şamil olunur və keçmiş hökumət başçısı Viktor Orbán yenidən bu vəzifəni tutmaq imkanından məhrum edilir.

Prezident Administrasiyasından bildirilib ki, dəyişiklik bütün konstitusion prosedurlara uyğun qəbul edilib. Buna görə də sənədin parlamentə geri qaytarılması və ya Konstitusiya Məhkəməsinə göndərilməsi üçün əsas olmayıb.

Yeni qaydalara görə, ümumilikdə səkkiz il və ya daha çox müddətdə Baş nazir olmuş şəxs, hətta bu müddətlər fasilələrlə olsa belə, yenidən həmin vəzifəyə seçilə bilməz. Məhdudiyyət hazırkı hökumət başçısının mövcud səlahiyyət müddətinə şamil edilmir və yalnız gələcək təyinatlara tətbiq olunur.

Dəyişiklik 1990-cı ildən etibarən vəzifədə olmuş bütün Baş nazirlərə, o cümlədən 1998–2002-ci illərdə və daha sonra 2010–2026-cı illərdə hökumətə rəhbərlik etmiş Viktor Orbana da aiddir.

Dəyişikliklərin təşəbbüskarı parlament seçkilərində qalib gəlmiş Tisza Party partiyasının lideri Péter Magyar rəhbərlik etdiyi yeni hökumətdir. Qanun layihəsinə partiyanın parlament çoxluğu dəstək verib, Fidesz deputatları və onların müttəfiqləri isə əleyhinə səs veriblər.

Dəyişikliyi dəstəkləyənlər bildirirlər ki, bu addım hakimiyyətin növbəliliyini təmin etmək və demokratik prinsipləri qorumaq üçün vacibdir. Fidesz isə qanunu siyasi motivli hesab edir və onun şəxsən Viktor Orbana qarşı yönəldiyini bildirərək “anti-demokratik” və qanun qarşısında bərabərlik prinsipinə zidd adlandırır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930