6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Makron və Trampın Versaldakı şam yeməyi üç saat gec başlayıb

18-iyun-2026
Makron və Trampın Versaldakı şam yeməyi üç saat gec başlayıb
Yazı Ölçüsü:

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Trump üçün Versal sarayında təşkil olunan təntənəli şam yeməyi Amerika liderinin Parisə gec çatması səbəbindən üç saat gecikmə ilə başlayıb.

"PostMedia" xəbər verir ki, Trampın təyyarəsini gözləmək səbəbindən bir sıra müntəzəm aviareyslər də gecikib. Bundan əlavə, yol xidmətləri hava limanını Versalla birləşdirən magistral yolu müvəqqəti bağlayıb.

Sarayın qarşısında ABŞ prezidentini Emmanuel Makron və xanımı Bricit Makron qarşılayıblar.

Təntənəli qəbulun menyusuna müxtəlif növ donuz əti məhsulları, Luara vadisində yetişdirilmiş qulançar, “Burbonez” cinsindən olan toyuqlar, Fransanın müxtəlif bölgələrindən pendirlər və şokoladlı tort daxil edilib.

Tədbirin təşkilatçıları qonaqlara Fransa şərablarının təqdim olunub-olunmayacağını dəqiqləşdirməyiblər. Məlumdur ki, Donald Tramp spirtli içki qəbul etmir.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930