6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Bolqarıstan Patriarx Kirilə görə Rusiyaya qarşı 21-ci sanksiya paketini dəstəkləməyəcək 

17-iyun-2026, 18:13
Bolqarıstan Patriarx Kirilə görə Rusiyaya qarşı 21-ci sanksiya paketini dəstəkləməyəcək 
Yazı Ölçüsü:

Bolqarıstan bəyan edib ki, Rusiyaya qarşı Avropa İttifaqının hazırlanmaqda olan 21-ci sanksiya paketini dəstəkləməyəcək.

"PostMedia" xəbər verir ki, səbəb kimi Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirilin sanksiya siyahısına daxil edilməsi göstərilir.

Bu barədə Brüsseldə jurnalistlərə anonimlik şərti ilə danışan Aİ-nin iki diplomatı bildirib. Onların sözlərinə görə, Bolgariya bu addımı “dini işlərə müdaxilə” kimi qiymətləndirir.

Məlumata əsasən, Aİ ölkələri sanksiya paketini keçən həftə müzakirə ediblər və həmin vaxt Bolgariya Patriarx Kirilin siyahıya salınmasına etiraz edib.

Diplomatik mənbələr bildirir ki, bir neçə ölkə, o cümlədən Bolgariya, həm də enerji sektoruna dair bəzi məhdudiyyətlərlə bağlı narahatlıq ifadə edib.

Aİ-nin daimi nümayəndələr komitəsi (COREPER) məsələni çərşənbə günü yenidən müzakirə edəcək. Məqsəd Avropa Komissiyasının təklif etdiyi 21-ci sanksiya paketinin yekunlaşdırılmasıdır.

Əvvəllər Aİ Komissiyasının rəhbəri Ursula fon der Lyayen Rusiyaya qarşı yeni sanksiya paketini təqdim etmişdi. Planlaşdırılır ki, paket iyulun 15-dək təsdiqlənsin.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31