6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

G7 ölkələri ABŞ və İran arasında güclü və hərtərəfli razılaşmanın lehinə çıxış ediblər

17-iyun-2026
G7 ölkələri ABŞ və İran arasında güclü və hərtərəfli razılaşmanın lehinə çıxış ediblər
Yazı Ölçüsü:

G7 ölkələrinin liderləri Vaşinqton və Tehran arasında əldə edilən sazişi alqışlayır və hərtərəfli razılaşmaya nail olmaq üçün danışıqların davam etdirilməsini dəstəkləyirlər.

"PostMedia" xəbər verir ki, bu barədə “Böyük yeddilik”in geosiyasi məsələlər üzrə bəyanatında deyilir. Sənəd Fransanın Evian-le-Ben şəhərində keçirilən görüşün nəticələrinə əsasən yayımlanıb.

“Biz prezident Trampın əldə etdiyi qarşılıqlı anlaşma memorandumu kimi güclü və hərtərəfli diplomatik razılaşmanı qəti şəkildə dəstəkləyirik. Bu razılaşma bütün regiona sülh və təhlükəsizlik gətirə bilər”, – deyə bəyanatda bildirilir.

Sənəddə qeyd olunur ki, İranın nüvə silahına sahib olmamasını təmin etmək üçün əlavə danışıqlar vacibdir. G7 liderlərinin fikrincə, bu danışıqlarda MAQATE də daxil olmaqla regional və beynəlxalq tərəfdaşların iştirakı faydalı olardı.

“Biz bunu (Vaşinqton və Tehran arasında razılaşmanı) dəstəkləyirik və onun həyata keçirilməsinə töhfə verməyə hazırıq”, – deyə vurğulanır.

Hörmüz boğazı ilə bağlı isə G7 liderləri bildiriblər ki, “məhdudiyyətsiz və rüsum olmadan tranzit keçid hüququ beynəlxalq ticarətin əsasını təşkil edir”. Fransa və Böyük Britaniyanın ticarət gəmilərinin qorunması təşəbbüsü boğazda dəniz hərəkətinin bərpasına töhfə verə bilər.

“Biz enerji təchizatı marşrutlarının diversifikasiyasını sürətləndirməyi öhdəmizə götürürük ki, Hörmüz boğazından qlobal asılılıq azalsın və enerji ehtiyatlarımız artırılsın”, – deyə sənəddə qeyd olunur.

Daha əvvəl bildirilmişdi ki, İran və ABŞ nümayəndələri cümə günü İsveçrədə qarşılıqlı anlaşma memorandumu imzalamağı planlaşdırır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930