6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

G7 liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin lehinə çıxış ediblər

17-iyun-2026, 08:12
G7 liderləri Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsinin lehinə çıxış ediblər
Yazı Ölçüsü:

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Fransada keçirilən sammitdə Ukraynaya dəstək vermək və Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək barədə razılığa gəliblər.

"PostMedia" xəbər verir ki, bu barədə G7-nin geosiyasi məsələlərə dair bəyanatında bildirilir.

“Biz Rusiya hərbi iqtisadiyyatı üzərində təzyiqi gücləndirməyi öhdəmizə götürürük. Bu kontekstdə biz sanksiyalarımızı, o cümlədən neft və qaz sektoruna qarşı tədbirləri sərtləşdirəcəyik”, – deyə sənəddə göstərilib.

Sənəd Fransanın Evian-le-Ben şəhərində keçirilən görüşün yekunlarına əsasən yayımlanıb.

Qeyd olunur ki, Rusiya ilə bağlı əlavə tədbirlər görmək üçün “uyğun vaxtdır”, “çünki prezident Tramp Hörmüz boğazının açılması ilə bağlı razılaşma əldə edib və biz bunu dəstəkləyirik”.

Eyni zamanda, G7 liderləri Ukraynaya “qətiyyətli dəstək” ifadə ediblər.

“Biz hava hücumundan müdafiə vasitələrinin, əlavə sistemlərin və tutucu vasitələrin, eləcə də uzaqmənzilli silahların tədarükünü artırmaq barədə razılığa gəldik”, – deyə “Böyük yeddilik”dən bildirilib.

G7 sammiti 15–17 iyun tarixlərində Fransanın Evian-le-Ben şəhərində keçirilir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031