6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Roma Papası ABŞ və İran arasında sülh sazişini dəstəkləyib

17-iyun-2026, 01:37
Roma Papası ABŞ və İran arasında sülh sazişini dəstəkləyib
Yazı Ölçüsü:

Roma Papası XIV Leo çərşənbə axşamı Yaxın Şərqdə regional müharibənin dayandırılması ilə bağlı ABŞ və İran arasında əldə edilən razılaşmanı yüksək qiymətləndirib və iki dövlətin cümə günü razılaşmanı rəsmi şəkildə imzalamaq niyyətinə görə “Rəbbə şükür etdiyini” bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Papa ümid etdiyini bildirib ki, bu saziş münaqişəyə birdəfəlik son qoyacaq.

“Hələ həllini gözləyən bir neçə məsələ var, amma bunu müharibəyə qayıtmadan, dialoq və danışıqlar yolu ilə həll etmək həmişə daha yaxşıdır”, – deyə o, İtaliyanın Kastel Qandolfo şəhərindəki iqamətgahı yaxınlığında jurnalistlərə bildirib. – “Ümid edirəm ki, bu, həqiqətən müharibə probleminin həllidir, müharibə həqiqətən bitib və biz irəliləyə bilərik".

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031