6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rəvançi: "Memorandum imzalanma mərasimində Vens və Qalibaf iştirak edəcək"

16-iyun-2026, 16:40
Rəvançi: "Memorandum imzalanma mərasimində Vens və Qalibaf iştirak edəcək"
Yazı Ölçüsü:

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqton və Tehran arasında imzalanacaq memorandumun imzalanma mərasimində iştirak edəcəklər.

"PostMedia" xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Təxt-Rəvançi bildirib.

“Amerika tərəfindən Vens, İran tərəfindən isə Qalibaf iştirak edəcək”, — deyə onun sözlərini “Tasnim” agentliyi sitat gətirib.

İran XİN rəhbərinin müavini dəqiqləşdirib ki, imzalanma mərasiminin bəzi detalları hələ tam yekunlaşdırılmayıb. Planlaşdırılır ki, tədbir gələn cümə günü — iyunun 19-da İsveçrədə baş tutsun. Lakin sənədin elektron, yoxsa ənənəvi qaydada imzalanacağı hələ dəqiq deyil.

Təxt-Rəvançinin açıqlamasına görə, saziş imzalandıqdan sonra diplomatik səviyyədə danışıqların yeni mərhələsi başlayacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031