6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

17 ölkə İranla bağlı sanksiyaların yumşaldılmasını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb

16-iyun-2026, 01:16
17 ölkə İranla bağlı sanksiyaların yumşaldılmasını nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb
Yazı Ölçüsü:

17 ölkə ABŞ və Tehran arasında saziş imzalandıqdan sonra İran əleyhinə sanksiyaların mümkün yumşaldılması və ya ləğvini dəstəkləməyə hazır olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə Böyük Britaniya hökumətinin saytında yayımlanan bəyanatda qeyd olunub.

Əvvəlcə birgə bəyanat Böyük Britaniya, Fransa, Almaniya və İtaliya tərəfindən yayımlanıb. Daha sonra ona Yaponiya, Kanada, Avstraliya, Belçika, Bolqarıstan, Kipr, Dominikan Respublikası, Estoniya, Finlandiya, Yunanıstan, Latviya, Polşa və Portuqaliya da qoşulub.

Sənəddə vurğulanır ki, sanksiyaların mümkün ləğvi İranın nüvə proqramı ilə bağlı “aydın və yoxlanıla bilən tədbirləri” yerinə yetirməsindən asılı olacaq.

Daha əvvəl Avropa ölkələri də yalnız İranın nüvə siyasətində real dəyişikliklər olacağı təqdirdə məhdudiyyətlərin ləğvini nəzərdən keçirə biləcəklərini bildirmişdilər.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031