6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Macarıstanda baş nazirin vəzifədə qalma müddəti məhdudlaşdırılıb

16-iyun-2026, 10:34
Macarıstanda baş nazirin vəzifədə qalma müddəti məhdudlaşdırılıb
Yazı Ölçüsü:

Macarıstan parlamenti konstitusiya dəyişikliyini qəbul edib.

"PostMedia" xəbər verir ki, dəyişikliyə əsasən Baş nazirin vəzifədə qalma müddəti maksimum iki müddətlə (hər biri 4 il) məhdudlaşdırılır.

"Bloomberg" agentliyinin xəbərinə görə, bu qərar ölkənin keçmiş rəhbəri Viktor Orbanın yenidən hakimiyyətə qayıtmaq imkanını məhdudlaşdırır.

“Parlamentin bazar ertəsi günü təsdiqlədiyi konstitusiya dəyişikliyi baş nazirin vəzifədə qalma müddətini iki dördillik dövrlə məhdudlaşdırır ki, bu da Orbanın geri qayıtmasını mümkünsüz edir. Qeyd edək ki, o bu vəzifəni beş dəfə, onlardan dördünü ardıcıl olaraq 2010-cu ildən başlayaraq icra edib”, — deyə nəşrdə bildirilir.

Mənbə dəqiqləşdirir ki, bu dəyişiklik Macarıstanın hazırkı baş naziri Peter Madyarın əsas seçki vədlərindən biri olub. O daha əvvəl bəyan etmişdi ki, ölkədə dərinləşən avtoritarizmi dayandırmaq və Macarıstanı Aİ-yə qaytarmaq niyyətindədir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031