6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Axios: Trampın İranla danışıqlar barədə bəyanatı Netanyahu üçün gözlənilməz olub

12-iyun-2026, 08:06
Axios: Trampın İranla danışıqlar barədə bəyanatı Netanyahu üçün gözlənilməz olub
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Trampın İranla danışıqlarda irəliləyiş barədə açıqlaması İsrailin Baş naziri Benyamin Netanyahunun üçün gözlənilməz olub.

"PostMedia" xəbər verir ki, bu barədə "Axios" portalı məlumatlı mənbəyə istinadən xəbər verib.

“Netanyahuya əvvəlcədən xəbər verilməyib və o, Trampın (İranla) razılaşma ilə bağlı ilkin bəyanatını dərc etdikdə təəccüblənib”, - deyə portalın yaydığı məlumatda bildirilir.

"Axios"un məlumatına görə, ABŞ prezidenti həmçinin razılaşma ilə bağlı sənədlərin yekun mərhələdə hazırlandığını bildirib. "Ağ Ev"in rəhbərinin qiymətləndirməsinə əsasən, saziş artıq yaxın həftəsonu Avropada imzalana bilər.

11 iyun tarixində Tramp bildirib ki, İranın ali lideri Müctəba Xamenei ABŞ ilə əldə olunan razılaşmalara razılıq verib. Tramp qeyd edib ki, sənədlərin yekunlaşdırılması yaxın günlərdə gözlənilir, onların imzalanması isə yaxın həftəsonu Avropada baş tuta bilər, lakin özü mərasimdə iştirak etməyəcək.

Daha sonra Reuters agentliyi IRNA-ya istinadən İran XİN nümayəndəsi İsmaili Baqainin açıqlamasını yayıb. Siyasətçi bildirib ki, İran hələ ABŞ ilə mümkün razılaşma barədə yekun qərar qəbul etməyib və danışıqlarda öz “qırmızı xətlərindən” güzəştə getməyəcək.

Kateqoriyalar

Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31