6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ İranla Cenevrədə saziş imzalamağa hazırlaşır

12-iyun-2026, 10:20
ABŞ İranla Cenevrədə saziş imzalamağa hazırlaşır
Yazı Ölçüsü:

ABŞ Hərbi Hava Qüvvələri İranla qarşılıqlı anlaşma memorandumunun imzalanması üçün ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Cenevrəyə gələcəyi təqdirdə lazım olacaq avadanlıqları ora daşıyır.

"PostMedia" xəbər verir ki, bu barədə "Axios"un jurnalisti Barak Ravid məlumatlı mənbəyə istinadən bildirib.

“ABŞ Hərbi Hava Qüvvələrinin təyyarələri Avropaya yollanıb ki, Cey Di Vens imzalanma mərasimində iştirak etmək üçün Cenevrəyə gəlsə, lazım olan avadanlıqlar hazır olsun”, – o, cümə günü X sosial şəbəkəsində yazıb.

Jurnalistin məlumatına görə, ABŞ və İran həqiqətən də sazişin mətnini razılaşdırıblar, lakin tərəflərdən hələ yekun təsdiq alınmayıb.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031