6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Meksika və Braziliya ABŞ-ni Kubaya qarşı embarqonu ləğv etməyə çağırıb

11-iyun-2026, 10:03
Meksika və Braziliya ABŞ-ni Kubaya qarşı embarqonu ləğv etməyə çağırıb
Yazı Ölçüsü:

Meksika Prezidenti Klaudiya Şeynbaum və Braziliya Prezidenti Luis İnasiu Lula da Silva Kubada hökm sürən ağır humanitar böhranla bağlı narahatlıqlarını ifadə edib və ABŞ-nin bu ölkəyə qarşı tətbiq etdiyi embarqonun ləğvinə çağırıblar.

"PostMedia" xəbər veürir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“İki lider də Kubaya qarşı embarqonun aradan qaldırılmasının vacibliyi ilə bağlı mövqelərini bir daha təsdiqləyib və Karib ölkəsindəki ağır humanitar vəziyyətlə bağlı narahatlıqlarını bölüşüblər”, – dövlət başçıları arasında videokonfrans formatında keçirilmiş danışıqların yekunlarına dair sənəddə qeyd olunur.

Meksika Xarici İşlər Nazirliyi bildirib ki, tərəflər geniş ikitərəfli gündəliyi müzakirə ediblər. Buraya energetika sahəsində əməkdaşlıq və dövlət neft-qaz şirkətləri olan Pemex və Petrobras arasında mümkün sazişin imzalanması məsələsi də daxildir.

Bundan əlavə, Meksika və Braziliya ticarət sahəsində ikitərəfli hüquqi bazanın yenilənməsi barədə razılığa gəliblər. Tərəflər digər dövlətlərin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduqlarını bir daha vurğulayıb və Çilinin sabiq Prezidenti Mişel Baçeletin BMT-nin növbəti Baş katibi vəzifəsinə namizədliyini birgə dəstəklədiklərini bildiriblər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031