6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Xameneinin hərbi müşaviri: "ABŞ “dəli olmuş prezidenti” bombaların onu bataqlıqdan çıxaracağını düşünür"

11-iyun-2026, 18:14
Xameneinin hərbi müşaviri: "ABŞ “dəli olmuş prezidenti” bombaların onu bataqlıqdan çıxaracağını düşünür"
Yazı Ölçüsü:

“ABŞ-nin dəli olmuş prezidenti elə bilir ki, bombalar onu özü yaratdığı bataqlıqdan çıxara bilər”.

"PostMedia" xəbər verir ki, bu barədə İranın ali rəhbərinin hərbi müşaviri Mohsen Rezai "X" sosial şəbəkəsində yazıb.

“Amma İran raketləri onu daha da dərinliyə batıracaq. Vaşinqton İranın şərtlərini qəbul etmək və dünyada öz nüfuzunun son qalıqlarını itirmək arasında seçim etməyə məcburdur”, – deyə Rezai qeyd edib.

Cümə axşamı gecə ABŞ yenidən İrana zərbələr endirib.

Daha sonra ABŞ Prezidenti bildirib ki, İran tərəfi guya ölkə ərazisinə endirilən Amerika zərbələrinin dayandırılmasını xahiş edib.

Bundan sonra Tramp bəyan edib ki, ABŞ “çox da uzaq olmayan gələcəkdə” Xark adasını və İranın neft infrastrukturunun digər obyektlərini ələ keçirəcək.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031