ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana qarşı yeni zərbələr daha əvvəlkilərdən “daha güclü” olacaq.
"PostMedia" xəbər verir ki, bu barədə o, "Fox News" telekanalına verdiyi müsahibədə qeyd edib.
Tramp təsdiqləyib ki, yeni bombardmanlar artıq bu gecə baş verə bilər.
“Bəli, bu gecə yeni bombardmanlar olacaq. Bombalar daha böyük və daha güclü olacaq”, – deyə ABŞ Prezidenti bildirib.
O, daha əvvəl "Truth Social" platformasında yazaraq ABŞ-nin İrana qarşı hərbi əməliyyatların növbəti mərhələsini hazırladığını iddia etmişdi. Həmin paylaşımda Tramp İran neftinin təxminən 90 faizinin ixrac olunduğu Xark adası üzərində nəzarət qurulması ilə də hədələyib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
