6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"ƏL Cəzirə": Küveyt müvəqqəti olaraq hava məkanını bağlayıb

11-iyun-2026, 07:43
"ƏL Cəzirə": Küveyt müvəqqəti olaraq hava məkanını bağlayıb
Yazı Ölçüsü:

Küveyt müvəqqəti olaraq öz hava məkanını bağlayıb, aviareyslər isə ehtiyat hava limanlarına yönləndirilib.

"PostMedia" xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı məlumat yayıb.

Məlumata görə, Küveyt Mülki Aviasiya İdarəsi hava məkanının müvəqqəti bağlanmasını “profilaktik tədbir” kimi açıqlayıb və bunu “İranın aqressiv addımları” ilə əlaqələndirib.

Qeyd olunur ki, bütün uçuşlar alternativ hava limanlarına yönləndirilir.

Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp İranı danışıqları uzatmaqda ittiham edib və ABŞ-ın İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirməyi planlaşdırdığını bildirib. Cümə axşamı gecə isə Pentaqonun Mərkəzi Komandanlığı İrana zərbələr endirməyə başladığını açıqlayıb. İranın Tasnim agentliyi isə hərbi mənbəyə istinadən bildirib ki, ABŞ hücum edərsə, Tehran Yaxın Şərqdəki ABŞ obyektlərinə cavab zərbələri endirəcək.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031