6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Makron: "G7 sammitinə Yaxın Şərq, Asiya, Afrika və Cənubi Amerika ölkələri dəvət olunub"

11-iyun-2026, 02:42
Makron: "G7 sammitinə Yaxın Şərq, Asiya, Afrika və Cənubi Amerika ölkələri dəvət olunub"
Yazı Ölçüsü:

İyunun 15-17-də Evianda keçiriləcək G7 sammitinin işində birlik üzvü olmayan bir sıra ölkələrin nümayəndələri də iştirak edəcəklər.

"PostMedia" xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

Onun sözlərinə görə, iyunun 16-da Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyi, eləcə də İranın nüvə və raket proqramları ətrafında yaranmış vəziyyət və bunun qlobal iqtisadiyyata təsirinə həsr olunmuş işçi sessiya keçiriləcək. Makron qeyd edib ki, həmin iclasa Misir, Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri dəvət olunacaq.

Ayrıca bir sessiya isə Qlobal Şimal və Qlobal Cənub ölkələri arasında əməkdaşlığa həsr ediləcək. Beynəlxalq maliyyə institutlarının nümayəndələri ilə yanaşı, Braziliya, Hindistan, Keniya vəCənubi Afrika nümayəndə heyətlərinin də iştirakı gözlənilir.

Sammit çərçivəsində Ukraynadakı vəziyyət də müzakirə olunacaq. Bu məqsədlə iyunun 15-də Ukrayna Prezidenti Volodimir Zelenski tədbirə dəvət ediləcək.

Beləliklə, Fransa liderinin sözlərinə görə, qarşıdakı G7 görüşü regionların əsas oyunçularının iştirakı hesabına genişlənəcək. Bu da yalnız alyansdaxili məsələlərin deyil, həmçinin qlobal böhranların və davam edən münaqişələrin iqtisadi nəticələrinin müzakirəsinə yönəlmiş yanaşmanı əks etdirir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031