6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Fransa İsrailin maliyyə naziri Betsalel Smotriçin ölkəyə girişini qadağan edib

09-iyun-2026
Fransa İsrailin maliyyə naziri Betsalel Smotriçin ölkəyə girişini qadağan edib
Yazı Ölçüsü:

Fransa beynəlxalq müttəfiqləri ilə birlikdə işğal olunmuş İordan çayının Qərb Sahilində baş verən zorakılıqlarla əlaqədar koordinasiyalı milli sanksiyalar tətbiq edib.

"PostMedia" xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot özünün "X" hesabında qeyd edib.

“Bu gün britaniyalı, kanadalı, avstraliyalı, yeni zelandiyalı və norveçli tərəfdaşlarımızla birlikdə işğal olunmuş Qərb Sahilində məskunlaşmanın genişləndirilməsinə və zorakılıqlara görə məsuliyyət daşıyan şəxslərə qarşı yeni sanksiyalar tətbiq edirik”.

Nazirin sözlərinə görə, Fransa Bezalel Smotriçin, eləcə də məskunlaşma təşkilatlarının dörd rəhbərinin və zorakılıqlarla əlaqəli olduğu bildirilən 21 məskunlaşmaçının ölkəyə girişini qadağan edib.

Fransanın xarici işlər naziri əlavə edib:

“Betsalel Smotriç Qərb Sahilinin ilhaqına (anneksiyasına) fəal şəkildə dəstək verir və bunu açıq şəkildə bəyan edir. O, Qərb Sahilində yeni yaşayış məntəqələrinin yaradılmasını, Qəzza zolağının yenidən məskunlaşdırılmasını, həmçinin Fələstin Milli Administrasiyasının iqtisadi cəhətdən zəiflədilməsini və bunun fələstinli əhali üçün dağıdıcı nəticələrini təşviq edir. Bu, beynəlxalq ictimaiyyətin böyük əksəriyyətinin qəbul edə bilməyəcəyi siyasətdir, çünki bir sıra dövlətlər ‘iki dövlət’ prinsipinə sadiq qalırlar”.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930