BMT-nin Baş katibi Antonio Quterreş bəyan edib ki, Yaxın Şərqdə zorakılığın yeni eskalasiya dalğasından “dərin narahatlıq” keçirir və İsraili Qəzza zolağı ilə sərhəd keçidlərini açmağa çağırıb.
"PostMedia" xəbər verir ki, bu barədə o, özünün "X" hesabında məlumat verib.
“Bütün hücumlar dərhal dayandırılmalıdır. Livan, İran və Qəzza xəttində atəşkəs rejimlərinə tam şəkildə riayət edilməlidir”.
Quterreş vurğulayıb ki, İsrail humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək üçün Qəzza zolağı ilə bağlı bağladığı sərhəd-keçid məntəqələrini açmağa borcludur.
“Mən həmçinin İsrailin Qəzza keçidlərini bağlamaq qərarından dərin narahatlıq keçirirəm və bir daha bütün keçidlərin dərhal açılmasına çağırıram ki, Qəzza zolağının bütün ərazisinə zəruri həcmdə humanitar yardımın sürətli, təhlükəsiz və maneəsiz çatdırılması təmin olunsun”, – deyə BMT-nin Baş katibi bəyan edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
