6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski: "Rusiya Azərbaycanda, Ermənistanda və Moldovada nüfuzunu itirir"

09-iyun-2026, 12:21
Zelenski: "Rusiya Azərbaycanda, Ermənistanda və Moldovada nüfuzunu itirir"
Yazı Ölçüsü:

"Rusiya Azərbaycanda, Ermənistanda və Moldovada malik olduğu nüfuzu itirir".

"PostMedia" xəbər verir ki, bunu Vladimir Zelenski “The Guardian” qəzetinə verdiyi müsahibədə bəyan edib.

Ukrayna prezidentinin sözlərinə görə, Rusiya son dövrlərdə beynəlxalq arenada bir sıra siyasi uğursuzluqlarla üzləşir və tədricən müxtəlif ölkələrdəki təsirini itirir. O bildirib ki, Moskva artıq Avropada və postsovet məkanında əvvəlki həcmdə öz mövqelərini qorumaq iqtidarında deyil.

Zelenski həmçinin bəyan edib ki, Rusiyanın ayrı-ayrı dövlətlərdə təsirini qoruyub saxlamaq cəhdləri nəticə vermir və onun xarici siyasət kursu daha da beynəlxalq təcridə gətirib çıxarır.

Bundan əlavə, o, regionun bir sıra ölkələrində baş verən siyasi dəyişikliklərə istinad edərək iddia edib ki, həmin ölkələrdə Moskvanın təsiri zəifləyir. Onun sözlərinə görə, bu, Rusiyanın qlobal siyasətdə ümumi mövqeyinə təsir göstərir və həm ölkənin xarici, həm də daxili siyasəti üçün uzunmüddətli nəticələrə səbəb ola bilər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031