6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran ABŞ ilə təmasların davam etdiyini açıqlayıb

08-iyun-2026, 12:50
İran ABŞ ilə təmasların davam etdiyini açıqlayıb
Yazı Ölçüsü:
İran ABŞ ilə mesaj mübadiləsini davam etdirdiyini, lakin son hadisələrin tərəflər arasında etimadsızlığı daha da dərinləşdirdiyini bəyan edib.
"PostMedia" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi məlumat verib.
Həftəlik mətbuat konfransında çıxış edən Bəqayi bildirib:
“Bu hadisələr şübhəsiz ki, etimadsızlığı daha da artırır. Biz artıq Amerika tərəfi ilə son dərəcə yüksək şübhəçilik mühitində mesajlar mübadiləsi aparırıq. Son 24 saat ərzində baş verənlər diplomatik prosesdə mövcud olan bu əlverişsiz vəziyyəti daha da ağırlaşdıracaq”.
İyunun 7-də axşam saatlarında İran İsrailnin şimal bölgələrinə raket zərbələri endirib. İsrail ordusunun açıqlamasına görə, bütün raketlər havada məhv edilib.
Hadisə həmin gün daha əvvəl İsrailin Beyrut ətrafında yerləşən Hizbullah obyektinə zərbə endirməsindən sonra baş verib. İsrail tərəfi bildirib ki, həmin əməliyyat Hizbullahın İsrailin şimal bölgələrinə raket hücumlarına cavab xarakteri daşıyıb.
İranın raket hücumlarına cavab olaraq isə İsrail Müdafiə Qüvvələri gecə saatlarında İran ərazisində bir sıra hədəflərə zərbələr endirib. Bu qarşılıqlı hücumlar regionda gərginliyin daha da artmasına səbəb olub.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031