ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanması üzrə aparılan danışıqların gedişindən hələlik razı olduğunu bəyan edib.
"PostMedia" xəbər verir ki, bunu "Ağ Ev"də jurnalistlərlə keçirilən görüşdə bildirib.
“Hər şey yaxşı gedir”, – deyə o,əlavəe dib.
Sazişin imzalanması imkanlarından danışan ABŞ prezidenti hadisələrin həm müsbət, həm də mənfi ssenari üzrə inkişaf edə biləcəyini istisna etməyib.
“Heç nə də baş verməyə bilər. Amma hər şey uğurlu da ola bilər və bu halda həftənin sonunadək nəticə əldə etmək şansı yaranar”, – deyə o qeyd edib.
Trampın sözlərinə görə, Iran “nəzəri baxımdan sazişin imzalanmasına yaxındır”.