Ermənistamnıb Avropa İttifaqına (Aİ) rəsmi olaraq müraciət təqdim etdikdən sonra ölkənin Aİ-yə daxil olması ilə bağlı referendum keçiriləcək.
"PostMedia" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Başa düşürsünüz: Ermənistan Avropa Birliyinin tamhüquqlu üzvü olmaq üçün Aİ-yə müraciət etməyincə, referendumun heç bir mənası yoxdur. Bu baş verənə qədər referendum olmayacaq. Bu baş verən kimi referendum keçiriləcək”, - deyə Paşinyan bildirib.