6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran Livana endirilən zərbələrə görə ABŞ və İsraili “ciddi nəticələr”lə hədələyib

02-iyun-2026, 09:31
İran Livana endirilən zərbələrə görə ABŞ və İsraili “ciddi nəticələr”lə hədələyib
Yazı Ölçüsü:

İranın yüksək vəzifəli deputatlarından biri xəbərdarlıq edib ki, Livana qarşı hücumlar davam edərsə, İsrail və bölgədəki ABŞ qüvvələri ciddi nəticələrlə üzləşəcək.

"PostMedia" xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sədri Ebrahim Əzizi Tehranın digər rəsmilərinə qoşularaq "X" platformasında ictimai bəyanatla çıxış edib.

“Əgər Livana hücumlar tamamilə dayandırılmasa, bunun nəticələri sionist rejim və bölgədəki ABŞ qüvvələri üçün ciddi olacaq”, – deyə Əzizi yazıb.

O vurğulayıb ki, söhbət simvolik təhdidlərdən getmir:

“Onlar çox yaxşı anlayırlar ki, bunlar boş sözlər deyil və biz hərbi cavab verməyə hazırıq”, – deyə o əlavə edib.

Bu bəyanat bölgədə davam edən gərginlik, eləcə də İran, İsrail və ABŞ-la əlaqəli qüvvələr arasında qarşılıqlı təhdidlərin artdığı bir vaxtda səsləndirilib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031