6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran İsrailin cinayətlərinə etiraz olaraq ABŞ ilə danışıqları dayandırıb –  Tasnim

01-iyun-2026, 18:22
İran İsrailin cinayətlərinə etiraz olaraq ABŞ ilə danışıqları dayandırıb –  Tasnim
Yazı Ölçüsü:

İran rəsmiləri ABŞ ilə danışıqları dayandırmaq qərarı qəbul ediblər. Bu addım, Livan və Qəzza sektorunda İsrail rejiminin davam edən cinayətlərinə etiraz məqsədi daşıyır.

"PostMedia"nın İranın "Tasnim" agentliyinə istinad zamanı məlumatına görə:

“Livanda sionist rejimin davam edən cinayətlərini nəzərə alaraq və Livandakı vəziyyətin atəşkəsin şərtlərindən biri olduğunu nəzərə alaraq, bu atəşkəs indi bütün cəbhələrdə, o cümlədən Livan cəbhəsində pozulub. Buna görə də İran nümayəndəliyi dialoqu dayandırır və vasitəçi vasitəsilə razılaşma mətnlərinin mübadiləsini saxlayır.”

Tasnim xəbər verir ki, İran rəsmiləri və danışıqlarçılar Qəzza və Livanda “sionist rejim”in aqressiv və qəddar hərəkətlərinin dərhal dayandırılmasını, həmçinin Livandakı işğal olunmuş ərazilərdən qoşunlarının tam çıxarılmasını vacib sayırlar. “İran və müqavimət qüvvələri bu məsələdə razılığa gəlməyincə heç bir danışıqlar aparılmayacaq.”

Bundan əlavə, xəbərdə qeyd olunur ki, “Müqavimət Cəbhəsi” və İran Hürmüz boğazını tam bloklamaq və digər cəbhələri, o cümlədən Bab əl-Mandeb boğazını aktivləşdirməkdə qətiyyətlidirlər. Məqsəd isə “sionistləri” və onların tərəfdarlarını cəzalandırmaqdır.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031