6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rubio Livan prezidenti və İsrailin baş naziri ilə danışıqlar aparıb

01-iyun-2026, 09:17
Rubio Livan prezidenti və İsrailin baş naziri ilə danışıqlar aparıb
Yazı Ölçüsü:

ABŞ dövlət katibi Marko Rubio atəşkəs təşəbbüsünü irəli aparmaq məqsədilə Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb.

"PostMedia" xəbər verir ki, bu barədə "Axios" portalının jurnalisti Barak Ravid yüksək vəzifəli amerikalı rəsmiyə istinadən məlumat yayıb.

“ABŞ dövlət katibi Marko Rubio son 48 saat ərzində Livan prezidenti Jozef Aun və İsrailin baş naziri Netanyahu ilə yeni atəşkəs təşəbbüsünü irəli aparmağa çalışaraq danışıb”, – Ravid X sosial şəbəkəsində yazıb.

Jurnalistin həmsöhbəti bildirib ki, yeni təşəbbüs İsrail və Livan arasında davam edən danışıqlar çərçivəsində irəli sürülüb.

Danışıqların irəliləməsi üçün Vaşinqton ilk addım kimi Hizbullah hərəkatının İsrailə qarşı bütün hücumları dayandırmasını təklif edib. Eyni zamanda İsrail Beyrutda eskalasiyadan çəkinməlidir.

Amerikalı rəsmiyə görə, bu addım mərhələli deeskalasiya və hərbi əməliyyatların effektiv şəkildə dayandırılması üçün imkan yaradacaq.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031