İran və ABŞ arasında saziş layihəsi atəşkəs rejiminin 60 gün müddətinə uzadılmasını və bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutur.
"PostMedia"nın məlumatına görə, diplomatik danışıqların gedişi ilə tanış olan regiondan iki rəsmi şəxs "CBS News" telekanalına təsdiqləyib ki, (İran tərəfindən qəbul ediləcəyi halda) qarşılıqlı anlaşma memorandumunun layihəsi aşağıdakı şərtləri əhatə edir:
Mövcud atəşkəs rejiminin 60 gün müddətinə uzadılması,
İran tərəfindən Hörmüz boğazının dərhal açılması və 30 gün ərzində dəniz nəqliyyatının müharibədən əvvəlki səviyyəyə qaytarılması üçün tədbirlərin görülməsi,
İran, ABŞ və onların müttəfiqləri tərəfindən bütün cəbhələrdə (o cümlədən Livanda) hərbi əməliyyatların dərhal və yekun dayandırılması barədə birgə bəyanat verilməsi. Tərəflər həmçinin bir-birinə qarşı müharibə başlatmamağı və güc tətbiqindən və ya güc təhdidindən çəkinməyi öhdələrinə götürürlər,
İranın heç vaxt nüvə silahı yaratmayacağı öhdəliyinin təsdiqlənməsi,
İranın zənginləşdirilmiş uran ehtiyatlarının utilizasiyası ilə bağlı iki tərəf arasında razılaşdırılacaq mexanizm üzrə razılığı,
İranın dondurulmuş maliyyə aktivləri və rejimə qarşı sanksiyalarla bağlı məsələlərin həlli birbaşa Tehranın yuxarıdakı bəndlərə əməl etməsindən asılı olacaq.
ABŞ administrasiyasının yüksək vəzifəli nümayəndəsi bazar günü "CBS News"a yalnız bütün cəbhələrdə (o cümlədən Livanda) hərbi əməliyyatların dayandırılması və 60 günlük atəşkəsin uzadılması bəndləri istisna olmaqla bu bəndlərin hamısını faktiki olaraq təsdiqləyib.