Amerika müdafiə startapı və Səudiyyə şirkətinin birgə müəssisəsi Ər-Riyad yaxınlığında döyüş pilotsuz uçuş aparatlarının (PUA) istehsalı zavodu inşa edir. Yeni PUA-lar İranın "Şahed" sisteminin nümunəsi əsasında hazırlanıb, hansı ki, son aylarda Fars körfəzi ölkələrinə zərbələr endirmək üçün fəal şəkildə istifadə olunub.
"PostMedia" xəbər verir ki, bu barədə "Semafor" nəşri məlumat yayıb.
Layihəni "SR2Vector" şirkəti həyata keçirir — bu, ABŞ-nin Yuta ştatında yerləşən "Vector Defense" və Səudiyyə "SR2 Defense Systems" startapı arasında yeni yaradılmış alyansdır. Zavod "Vector" tərəfindən hazırlanmış SKYWASP adlı kamikadze dron (gəzən sursat) istehsal edəcək.
Bu pilotsuz aparat 1500 kilometrə qədər hədəfləri vurmaq qabiliyyətinə malikdir ki, bu da krallığın şimal-şərq sahilindən Tehranadək məsafəyə təxminən uyğundur.
“SKYWASP" proqramı oyunun qaydalarını bərabərləşdirməyə və Səudiyyə Ərəbistanının çəkindirmə potensialını əhəmiyyətli dərəcədə artırmağa qadirdir,” - "SR2" şirkətinin strategiya direktoru və həmtəsisçisi Lusiyen Ziqler "Semafor"a müsahibəsində bildirib.
Ziqler istehsalın konkret həcmini açıqlamayıb, lakin bildirib ki, zavod “təhdidlərin qarşısını almaq üçün krallığın strateji ehtiyaclarına uyğun əməliyyat baxımından əhəmiyyətli sayda dron” istehsal edəcək. O, həmçinin istehsalın başlanma vaxtını və investisiyanın dəqiq həcmini açıqlamaqdan imtina edib.
SR2Vector dronlarının həm Səudiyyə Ərəbistanının daxili bazarına, həm də müttəfiq dövlətlərə ixracı planlaşdırılır. Layihənin maliyyələşdirilməsini "MASNA Ventures" müdafiə-texnologiya fondu təmin edəcək, hansı ki, hazırda Ziqler tərəfindən formalaşdırılır.