6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"Paşinyanın Rusiya ilə münasibətləri pozmaq yolunu seçdiyini qəbul etmək lazımdır" - Medvedev

25-may-2026, 11:22
"Paşinyanın Rusiya ilə münasibətləri pozmaq yolunu seçdiyini qəbul etmək lazımdır" - Medvedev
Yazı Ölçüsü:

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətləri pozmaq xəttini seçib və bunu sadəcə olaraq qəbul etmək lazımdır.

"PostMedia" xəbər verir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev "RİA Novosti" agentliyinin sualını cavablandırarkən bildirib.

Daha əvvəl Medvedev qeyd etmişdi ki, Paşinyan Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə Avropa İttifaqı (Aİ) arasında “iki stulun arasında qalaraq ağrılı eniş edə bilər”.

Onun sözlərinə görə, bir tərəfdən İrəvanı Aİ-yə doğru “çəkməyə” çalışır, digər tərəfdən isə Avrasiya İqtisadi İttifaqına üzvlükdən əldə olunan üstünlükləri qoruyub saxlamağa can atır.

“Bir Nikol Paşinyan Rusiya ilə münasibətləri pozmaq yolunu seçib və bunu birbaşa qəbul etmək lazımdır. Ona elə gəlir ki, müxtəlif siyasi cərəyanlar arasında manevr edərək Qərbdə süni bir nüfuz qazanmaq sərfəlidir və bunun naminə ölkəmizlə münasibətləri qurban verir”, — deyə Medvedev bildirib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031