6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə məhkəməsi müxalifət partiyasının liderinin vəzifədən uzaqlaşdırılması barədə qərar verib

22-may-2026, 14:12
Türkiyə məhkəməsi müxalifət partiyasının liderinin vəzifədən uzaqlaşdırılması barədə qərar verib
Yazı Ölçüsü:

Türkiyə məhkəməsi müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özəli Kamal Kılıçdaroğlu ilə əvəz etmək barədə qərar qəbul edib.

"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Ankara Apellyasiya Məhkəməsi Cümhuriyyət Xalq Partiyasının 2023-cü il qurultayının nəticələrini ləğv edib. Məhkəmənin qərarı ilə Özgür Özəlin CHP sədri seçilməsi etibarsız sayılıb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, bu qərar səbəbindən Türkiyənin Borsa Istanbul 100 birja indeksi 6,1 faiz enişlə bağlanıb. Eyni zamanda, lirənin məzənnəsi demək olar ki, dəyişməyib, çünki dövlət bankları bir gün əvvəl valyutanı qorumaq üçün təxminən 6 milyard dollar həcmində səhmlər satıblar.

Bir Gün qəzeti mayın 2-də yazmışdı ki, siyasətçilər Ankarada Türkiyə Bələdiyyələr Birliyinin iclası zamanı İstanbulun həbsdə olan keçmiş meri Əkrəm İmamoğlunun məktubunun oxunmasına görə kütləvi dava salıblar. İclasda təşkilatın yeni rəhbərliyi seçilirdi.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031