6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rubio: "Kuba həmişə ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid olub"

21-may-2026, 21:47
Rubio: "Kuba həmişə ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid olub"
Yazı Ölçüsü:

Kuba “həmişə” Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün təhdid təşkil edib.

"PostMedia" AP-yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bəyan edib.

“Kubada Rusiya və Çin kəşfiyyat xidmətləri fəaliyyət göstərir”, - Rubio Mayamidən İsveçə yola düşməzdən əvvəl jurnalistlərə bildirib. O, İsveçdə NATO ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etməli, daha sonra isə Hindistana səfər etməli idi.

Bununla yanaşı, Rubio ABŞ-ın Kuba lideri Raul Kastroya qarşı irəli sürülmüş ittiham aktı ilə bağlı necə hərəkət edə biləcəyini şərh etməyib. Agentliyin yazdığına görə, bu ittihamlar bir çox insanı adaya qarşı hərbi əməliyyatların potensial olaraq qaçılmaz olduğuna inandırıb. Agentlik yazır ki, bu, xüsusilə də yanvar ayında hərbi əməliyyatla devrilməsini haqlı çıxarmaq üçün keçmiş Venesuela lideri Nikolas Maduroya qarşı oxşar ittihamlar irəli sürüldükdən sonra baş verib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031