6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rubio: Tramp NATO-nun İranla müharibəyə reaksiyasından ciddi məyus olub

21-may-2026
Rubio: Tramp NATO-nun İranla müharibəyə reaksiyasından ciddi məyus olub
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp İranla bağlı davam edən müharibə fonunda NATO-nun reaksiyasından ciddi şəkildə məyus olub.

"PostMedia" xəbər verir ki, bu barədə dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında bildirib.

Amerikalı yüksəkvəzifəli diplomat qeyd edib ki, İspaniya Tramp administrasiyasına İran əleyhinə ABŞ-İsrail hərbi əməliyyatları zamanı öz hərbi bazalarından istifadə etməyə icazə verməyib. Bu isə Vaşinqtonun NATO alyansından artan narazılığı fonunda baş verir.

“Mən bilirəm ki, NATO Avropa üçün niyə faydalıdır. Amma NATO niyə Amerika üçün faydalıdır? Çünki bu alyans bizə regionda bazalar verir və həmin bazalar Yaxın Şərqdə və ya başqa yerlərdə fövqəladə vəziyyətlər zamanı güc tətbiq etməyə imkan yaradır. Əgər NATO-da olmağın əsas səbəbi budursa, amma sonra İspaniya kimi ölkələr həmin bazalardan istifadə etməyimizə imkan vermirsə, onda siz niyə NATO-dasınız? Bu, tamamilə haqlı sualdır”, — ABŞ prezidenti bildirib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031