6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İspaniya “Sumud” donanmasının saxlanılan iştirakçıları ilə rəftara görə İsrail nümayəndəsini XİN-ə çağırıb

20-may-2026
İspaniya “Sumud” donanmasının saxlanılan iştirakçıları ilə rəftara görə İsrail nümayəndəsini XİN-ə çağırıb
Yazı Ölçüsü:

İspaniya Madriddəki İsrail səfirliyinin müvəqqəti işlər vəkilini Fələstinpərəst “Sumud” donanmasının saxlanılan fəalları ilə rəftara görə Xarici İşlər Nazirliyinə çağırıb.

"PostMedia"xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares bildirib.

Bundan əvvəl İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir fəalların gətirilməsi ilə bağlı video paylaşmışdı. İspaniya tərəfinin iddiasına görə, görüntülərdə alçaldıcı rəftar halları əks olunub.

Albares baş verənləri “dəhşətli, alçaq və qeyri-insani” adlandırıb və İsraildən ictimai şəkildə üzr istəməyi tələb edib. O qeyd edib ki, israilli diplomat təcili qaydada XİN-ə çağırılıb.

Nazir həmçinin vurğulayıb ki, Ben-Qvir İspaniyanın sanksiya siyahısındadır və onun ölkəyə girişi qadağandır. O əlavə edib ki, oxşar tədbirlər yaxın vaxtlarda Avropa İttifaqı səviyyəsində də görülə bilər.

İsrail XİN-in məlumatına görə, donanmanın bütün gəmiləri saxlanılıb və təxminən 430 fəal həbs edilib. Onların İsrailə aparılması və konsulluq nümayəndələrinə təhvil verilməsi planlaşdırılır.

“Sumud Qlobal Donanması” aksiyası aprel ayında başlayıb. Gəmilər İspaniya, İtaliya və Fransa limanlarından yola düşüb, daha sonra onlara Türkiyədən iştirakçılar qoşulub.

Təşkilatçılar bildirirlər ki, aksiyanın məqsədi Qəzza zolağının dəniz blokadasını yarmaq və humanitar dəniz dəhlizi yaratmaqdır.

KİV-lərin məlumatına görə, İsrail qüvvələri gəmilərin qarşısını almağa və onları beynəlxalq sularda saxlamağa başlayıb. Bundan sonra fəalların Aşdod limanına aparılması nəzərdə tutulur.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031