Ermənistan eyni vaxtda həm Avropa İttifaqına üzv olub, həm də Avrasiya İqtisadi İttifaqında iştirakını saxlaya bilməz.
"PostMedia" xəbər verir ki, bunu Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
O vurğulayıb ki, iki inteqrasiya birliyinə paralel üzvlük əvvəlcədən mümkün deyil.
“Əlbəttə, eyni anda iki ittifaqda olmaq mümkün deyil. Necə deyərlər, Ermənistanın eyni vaxtda iki toyda oynamağı alınmayacaq”, — Qaluzin jurnalistlərlə söhbətində bildirib.