ABŞ İranla müharibəni qısa müddətdə başa çatdıracaq.
"PostMedia" xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp mayın 19-da bildirib.
“Düşünürəm ki, biz bunu çox tez bitirəcəyik və onlar nüvə silahına sahib olmayacaqlar”, - o, Konqres üzvləri üçün təşkil edilən piknikdə çıxışı zamanı deyib.
Bundan əlavə, Tramp Tehran və Vaşinqtonun məsələləri “çox yaxşı şəkildə” həll edə biləcəyinə ümid etdiyini bildirib.