Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Fransa müdafiə sahəsində yeni saziş imzalayıblar.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, saziş BƏƏ-nin müdafiə məsələləri üzrə dövlət naziri Mübarək bin Fadel əl-Məzruinin rəsmi səfəri zamanı imzalanıb.
“BƏƏ və Fransa arasında ikitərəfli münasibətlərin dərinliyini, həmçinin hərbi və müdafiə sahəsində əməkdaşlığın inkişafına yönəlmiş ümumi öhdəliyi əks etdirən Müdafiə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması mərasimində tərəflər iştirak ediblər”, - deyə BƏƏ Müdafiə Nazirliyinin "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilir.
“Onlar iki dost dövlət arasında müdafiə və strateji münasibətlərin möhkəmləndirilməsi yollarını müzakirə ediblər”, — deyə nazirlik əlavə edib.
Ən son xəbərlər haqqında bildiriş almaq istəyirsinizsə, saytı tətbiq kimi quraşdırın — sonra bir toxunuşla açılır və vacib xəbərlərdən xəbərdar olursunuz.
Safari-də Paylaş düyməsinə toxunun, sonra Əsas ekrana əlavə et seçin.
Bu üsul yalnız iPhone və iPad-də Safari ilə işləyir.
