6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

NATO Hormuz boğazından keçən gəmilərin müşayiəti üçün mümkün missiyanı müzakirə edir - “Bloomberg”

19-may-2026, 20:38
NATO Hormuz boğazından keçən gəmilərin müşayiəti üçün mümkün missiyanı müzakirə edir - “Bloomberg”
Yazı Ölçüsü:

NATO, strateji əhəmiyyət daşıyan bu dəniz yolunun iyulun əvvəlinədək yenidən açılmayacağı təqdirdə, Hormuz boğazından keçən ticarət gəmilərinə yardım göstərilməsi imkanını nəzərdən keçirir.

“PostMedia” xəbər verir ki, bu barədə “Bloomberg” hərbi alyansın yüksəkvəzifəli nümayəndəsinə istinadən məlumat yayıb.

NATO üzvü olan ölkələrdən birinin diplomatının sözlərinə görə, təşəbbüs artıq alyansın bir sıra üzv dövlətlərinin dəstəyini qazanıb, lakin hazırda hələ də yekdil razılıq yoxdur.

NATO daxilində boğazdan ticarət gəmilərinin təhlükəsiz keçidini təmin edə biləcək dəniz missiyası variantı müzakirə olunur. Bu marşrut qlobal enerji ticarəti üçün kritik əhəmiyyət daşıyır.

Gözlənilir ki, NATO üzvü ölkələrin liderləri məsələni iyulun 7-8-də Ankarada keçiriləcək sammitdə müzakirə edəcəklər.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930