6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Netanyahu İran məsələsi ilə bağlı təhlükəsizlik kabinetinin iclasını çağıracaq

18-may-2026, 21:28
Netanyahu İran məsələsi ilə bağlı təhlükəsizlik kabinetinin iclasını çağıracaq
Yazı Ölçüsü:

İsrailin baş naziri Benyamin Netanyahu bazar ertəsi axşam təhlükəsizlik məsələləri üzrə nazirlər kabinetinin iclasını çağıracaq.

"PostMedia" xəbər verir ki, bu barədə İsrailin "Yedioth Ahronoth" nəşri məlumat yayıb.

İclasda İran məsələsi müzakirə olunacağı bildirilir.

Nəşrin məlumatına görə, görüş “ABŞ və İran arasında hərbi əməliyyatların mümkün bərpası və ya razılaşmanın əldə olunması fonunda” keçirilir. Bildirilir ki, kabinet artıq bazar günü axşam da toplanmışdı.

Regionda gərginlik artmaqda davam edir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031