6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

CNN: Pentagon İran əleyhinə zərbələr üçün planlar hazırlayıb

18-may-2026, 14:22
CNN: Pentagon İran əleyhinə zərbələr üçün planlar hazırlayıb
Yazı Ölçüsü:

ABŞ Prezidenti Donald Tramp həftəsonu öz milli təhlükəsizlik komandası ilə məsləhətləşmə keçirib.

"PostMedia" CNN-ə istinadən xəbər verir ki, görüş Vaşinqtonun İranla bağlı mümkün növbəti addımlarına həsr olunub.

Onun məlumatına görə, məsləhətləşmə ABŞ liderinin Virciniya ştatında yerləşən qolf klubunda baş tutub. Görüşdə, digər şəxslərlə yanaşı, vitse-prezident Cey Di Vens, dövlət katibi Marko Rubio, Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) rəhbəri Con Retkliff və ABŞ administrasiyasının xüsusi nümayəndəsi Stiv Uitkoff iştirak ediblər.

Qeyd olunur ki, "Ağ Ev"in rəhbəri, gözlənildiyi kimi, həftə ərzində milli təhlükəsizlik komandası ilə yenidən görüş keçirəcək.

CNN yazır ki, Pentaqon İran əleyhinə mümkün zərbələrlə bağlı bir neçə plan hazırlayıb — əgər Tramp İslam Respublikasına qarşı hərbi əməliyyatları bərpa etmək qərarı versə. CNN-in məlumatına görə, hədəflər siyahısına İranın enerji və infrastruktur obyektləri daxildir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031