6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

SEPAH ABŞ-nin Fars körfəzinin cənubundakı bütün hərbi bazalarını məhv etməklə hədələyib

18-may-2026, 12:33
SEPAH ABŞ-nin Fars körfəzinin cənubundakı bütün hərbi bazalarını məhv etməklə hədələyib
Yazı Ölçüsü:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Hörmüz boğazında davam edən blokadası şəraitində Fars körfəzinin cənub hissəsində yerləşən bütün Amerika hərbi bazalarını sıradan çıxarmağa hazır olduğunu bildirib.

"PostMedia" xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

“Yaxın gələcəkdə Fars körfəzinin cənub hissəsində yerləşən bütün Amerika hərbi bazaları deaktiv ediləcək”, — media SEPAH nümayəndəsi İbrahim Zolfaqarinin bəyanatına istinadən yazır.

Bəyanat bazar günü Birləşmiş Ərəb Əmirliklərinin pilotsuz uçuş aparatlarının hücumuna məruz qalmasından sonra səsləndirilib. Onlardan birinin Əl-Dafra bölgəsində yerləşən “Baraka” atom elektrik stansiyası yaxınlığında elektrik generatoruna zərbə endirdiyi və yanğına səbəb olduğu bildirilir.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031