6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İraqda qərbdə İsrailin ikinci gizli hərbi bazası aşkarlanıb - NYT

18-may-2026, 11:53
İraqda qərbdə İsrailin ikinci gizli hərbi bazası aşkarlanıb - NYT
Yazı Ölçüsü:

İraqın ərazisində bir ildən artıqdır ki, gizli şəkildə İsrailə məxsus iki hərbi baza yaradılmasına icazə verilib.

"PostMedia" xəbər verir ki, bu barədə The New York Times (NYT) İraq və regiondakı rəsmi mənbələrə istinadən yazır.

Qəzetin məlumatına görə, İsrail hərbçiləri bu bazalardan birinin qurulmasına hazırlıq işlərinə hələ 2024-cü ilin sonunda başlayıblar. Eyni zamanda, media vurğulayır ki, ABŞ İraq ərazisində üçüncü ölkə qoşunlarının mövcudluğunu gizlətmiş ola bilər. Məqalədə qeyd olunur ki, bu məlumatın açıqlanması Yaxın Şərqdə ABŞ-ın təsirinə zərbə vura bilər.

NYT yazır ki, İraq hərbi qüvvələri həmin bazanı məsafədən izləyib. Daha sonra onlar ABŞ tərəfdən obyekt barədə əlavə məlumat tələb etsələr də, cavab almayıblar. İraq ordusunun başqa bir bölməsi bazaya yaxınlaşmağa cəhd edib, lakin atəşə məruz qalaraq geri çəkilməyə məcbur olub. Daha sonra anonim bir rəsmi şəxs ikinci bazanın mövcudluğunu da təsdiqləyib. Obyekt İraqın qərb səhrasında yerləşir, lakin onun dəqiq yeri açıqlanmır.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031