6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Yaponiya Sakit okeanda müşahidələr aparmaq üçün radarlarla təchiz olunmuş PUA-lardan istifadə edəcək

18-may-2026, 11:29
Yaponiya Sakit okeanda müşahidələr aparmaq üçün radarlarla təchiz olunmuş PUA-lardan istifadə edəcək
Yazı Ölçüsü:

Yaponiyanın hökuməti ölkənin Özünümüdafiə Qüvvələrini erkən aşkarlama və xəbərdarlıq radarları ilə təchiz olunmuş pilotsuz uçuş aparatları (PUA) ilə gücləndirmək imkanını nəzərdən keçirir.

"PostMedia" xəbəer verir ki, bu addım Sakit okean regionunda nəzarəti artırmaq məqsədi daşıyır. Bu barədə Yomiuri qəzeti məlumat yayıb.

Qeyd olunur ki, radarların ABŞ istehsalı "MQ-9B Sea Guardian" PUA-larına quraşdırılması planlaşdırılır. Yaponiya bu dronları 2027-ci ilə qədər Dəniz Özünümüdafiə Qüvvələrinin silahlanmasına daxil etməyi planlaşdırır. Bu pilotsuz aparatların uzun müddət havada qalmaq imkanı var və uçuş məsafəsi təxminən 4900 km təşkil edir. Onların İvoto (Iwo Jima) və Minamitori adalarında yerləşdirilməsi nəzərdə tutulur. Bundan əlavə, Oqasavara arxipelaqına daxil olan İvoto və Titişima adalarında mobil radiolokasiya komplekslərinin də yerləşdirilməsi planlaşdırılır.

Nəşr vurğulayır ki, Sakit okeanda müşahidənin gücləndirilməsi zərurəti regionda Çinin artan fəallığı ilə bağlıdır. Bu müddəa Yaponiyanın milli təhlükəsizlik sənədlərinin yenilənmiş versiyasına daxil ediləcək və həmin yeniləmənin ilin sonuna qədər tamamlanması gözlənilir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930