6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq səylərini dəstəkləyir

13-may-2026
ABŞ NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq səylərini dəstəkləyir
Yazı Ölçüsü:

ABŞ NATO üzvlərinin müdafiə xərclərini ÜDM-in 5%-nə çatdırmaq istiqamətindəki səylərini görür və dəstəkləyir.

"PostMedia" xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte bildirib.

Onun sözlərinə görə, dünyanın ən böyük dövləti bu təşəbbüsə “dəstək və təşviqlə” yanaşır.

Mətbuat konfransında çıxış edən NATO rəhbəri vurğulayıb ki, alyans Vaşinqtonun narazılıqlarını eşidib və mövcud problemlərin aradan qaldırılması üçün çalışacaq.

“Biz 5%-lik həddə çatmaq istiqamətində fəal işləyirik. Bəzi ölkələr tempi daha da sürətləndirərək bu göstəricini belə aşmağa çalışır və hədəfə 2035-ci ildən daha tez çatmağa səy göstərirlər”, - deyə Rutte qeyd edib.

Baş katib xüsusilə Almaniyanı fərqləndirib və ölkənin müdafiə xərclərini 2029-cu ilə qədər 50 milyard avroya çatdırmaq istiqamətində atdığı addımları yüksək qiymətləndirib.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031