6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ-də hesab edirlər ki, İran raket mövqelərinin böyük hissəsinə çıxışı bərpa edib - NYT

13-may-2026, 20:28
ABŞ-də hesab edirlər ki, İran raket mövqelərinin böyük hissəsinə çıxışı bərpa edib - NYT
Yazı Ölçüsü:

ABŞ-də hesab edirlər ki, İran raket mövqelərinin böyük hissəsinə çıxışı bərpa edib.

"PostMedia" xəbər verir ki, bu barədə “The New York Times” yazıb.

Nəşrin amerikalı yüksəkvəzifəli rəsmilərə istinadən verdiyi məlumata görə, İranın fəaliyyətdə olan raket obyektləri arasında Hörmüz boğazı boyunca yerləşən 30 mövqe də var. Bu isə həmin ərazidə hərəkət edən ABŞ Hərbi Dəniz Qüvvələri gəmiləri üçün birbaşa təhdid hesab olunur.

Bildirilir ki, İran mobil buraxılış qurğularının təxminən 70%-ni qoruyub saxlaya bilib. Bu da zədələnmiş və ya fəaliyyətsiz vəziyyətdə olan stasionar obyektlərdən asılı olmadan raket ehtiyatlarından istifadə etməyə imkan verir.

ABŞ hərbi qurumlarının məlumatına əsasən, İranın yeraltı raket komplekslərinin 90%-ə qədəri ən azı qismən operativ hazırlıq vəziyyətindədir.

Hazırda İranın raket arsenalının həcmi müharibədən əvvəlki səviyyənin təxminən 70%-ni təşkil edir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930